"Azərikimya" ödənişli təcrübə üçün müsabiqə elan edib

"Azərikimya" ödənişli təcrübə üçün müsabiqə elan edib Müsabiqəyə son müraciət tarixi 31 yanvar 2017-ci ildir
Sənaye
23 Yanvar , 2017 16:48
Azərikimya ödənişli təcrübə üçün müsabiqə elan edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi iki aylıq ödənişli istehsalat təcrübəsi keçməklə bəzi ixtisaslar üzrə müsabiqə elan edib.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Aşağıdakı ixtisaslar üzrə təhsil alanlar müraciət edə bilərlər:

1. Mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə);

2. Mühəndis-energetik (energertika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə);

3. Mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə);

4. Nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə);

5. Mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə);

6. Kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə).

Müsabiqədə iştirak etmək istəyənlər minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dilini bilənlərə üstünlük verilir.

Müsabiqəyə son müraciət tarixi 31 yanvar 2017-ci ildir.

İlkin seçim müsabiqəsini keçən gənclər “Azərikimya”da iki aylıq ödənişli (əmək haqqı almaqla) təcrübə keçdikdən sonra, elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi