“Azərikimya”nın zavodunda yanğın baş verib

“Azərikimya”nın zavodunda yanğın baş verib “Azərikimya”nın zavodunda yanğın baş verib
Sənaye
7 Avqust , 2020 14:30
“Azərikimya”nın zavodunda yanğın baş verib
0 : 00
0 : 00

Yanğınla bağlı zədə məntəqəsinə 7 xəstə müraciət edib.

Bu barədə "Report"a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Vaqif Yusifov məlumat verib.

“Onlardan biri yüngül xəsarət aldığından ilkin yardım göstərilərək evə göndərilib. Digər 6 xəstə travma şöbəsinə yerləşdirilib, onlara ilkin yardım göstərilib, daha sonra Təcili Tibbi Yardım Stansiyasının briqadasının müşaiyəti ilə  Bakı Şəhər Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyəti orta ağırdır”, - həkim qeyd edib. 

12:49

Bu gün “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ərazisində yanğın hadisəsi baş verib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Report”a bildirib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.

“Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin isə son mərhələsi həyata keçirilir. Modernizasiya və yenidənqurma işlərini həyata keçirən podratçı şirkətlərin işləri zamanı qısa alışma baş verib və tez bir zamanda söndürülüb”,- o qeyd edib.

Onun sözlərinə görə, hadisə zamanı bir neçə əməkdaş xəsarət olub: “Onların vəziyyəti orta ağırdır və xəstəxanaya aparılıb”.

Son xəbərlər

Orphus sistemi