“AzerGold” və AMEA əməkdaşlığı genişləndirir

“AzerGold” və AMEA əməkdaşlığı genişləndirir Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunmuş elmi seminarda İnstitutla “AzerGold” QSC arasında imzalanmış memorandum və müqavilə müzakirə edilib.
Sənaye
1 Mart , 2018 10:10
“AzerGold” və AMEA əməkdaşlığı genişləndirir

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunmuş elmi seminarda İnstitutla “AzerGold” QSC arasında imzalanmış memorandum və müqavilə müzakirə edilib.

Bu barədə "Report"a "AzerGold"dan bildirilib.

Məlumata görə, şirkətin geoloji-kəşfiyyat şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev tədbirdə nəcib və əlvan filiz yataqlarının istismara cəlb olunmasının perspektivləri, habelə əməkdaşlıq haqqında danışıb. Elmi seminarda aparılan müzakirələr və fikir mübadiləsinin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi haqqında qərar verilib.

Xatırladaq ki, 2016-cı ilin noyabr ayında “AzerGold”la AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.

Memorandumda əvvəlcədən müəyyən olunmuş fəaliyyət planına uyğun olaraq cari ilin yanvar ayında imzalanan müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri konsultant/ekspert statusunda işə cəlb olunub. Onlar Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar” filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay kolçedan polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə yardım edəcək.   

Son xəbərlər

Orphus sistemi