"AzerGold" resurslarının həcmindəki artımları açıqlayıb

"AzerGold" resurslarının həcmindəki artımları açıqlayıb Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib.
Sənaye
2 Fevral , 2021 11:11
AzerGold resurslarının həcmindəki artımları açıqlayıb

2020-ci ildə "AzerGold" QSC “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 778 metr buruq-qazma işləri görüb və 31 020 nümunə üzrə laboratoriya təhlilləri aparıb.

“Report”un məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

"Öən il icra edilmiş buruq-qazma işləri ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur. İl ərzində “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması yekunlaşdırılıb, “Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və yaxud 16,5 ton) artırılıb və bu rəqəmləri beynəlxalq məsləhətçi təsdiqləyib”, - o deyib.

"Beləliklə, fəaliyyətə başladığı dövrlə müqayisədə Cəmiyyətin 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resurslarının həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyaya çatdırılıb. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib", - Z.İbrahimov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi