“AzerGold”la Tacikistanın əməkdaşlıq perspektivləri müzakirə edilib

“AzerGold”la Tacikistanın əməkdaşlıq perspektivləri müzakirə edilib Oktyabrın 27-30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistanın Soqd vilayətində səfərdə olub.
Sənaye
31 Oktyabr , 2019 12:06
“AzerGold”la Tacikistanın əməkdaşlıq perspektivləri müzakirə edilib

Oktyabrın 27-30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistanın Soqd vilayətində səfərdə olub.

“AzerGold”dan “Report”a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov, Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər.

Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olan “Böyük Kanimansur”, eləcə də “Altın Topkan”, “Ciloy”, “Aprelevka” kimi nəcib metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində “AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nümayəndə heyəti “Aprelevka” birgə müəssisəsinin baş direktoru Baxtiyor Macidovla da görüşüb, şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki baza, fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olub, “Kuş Mulla” və “Berquda” yataqlarına baxış keçiriblər.

Daha sonra tərəflər əməkdaşlıq məsələləri ətrafında danışıb, nəcib və qiymətli metal filizi sahələrində geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi