“AzerGold” büdcəyə ödəmələrinin məbləğini açıqlayıb
- 05 iyul, 2023
- 12:43
"AzerGold" QSC indiyə qədər dövlət büdcəsinə vergi formasında 119 milyon manata yaxın ödəniş edib.
“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) şirkətin fəaliyyətə başlamasının 7 illiyi, eləcə də 2023-cü ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, bunun 15 milyon manatı bu ilin I yarısının payına düşüb.
Bundan başqa, sədr qeyd edib ki, "AzerGold" indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 17 milyon manata yaxın vəsait köçürüb. Bunun isə 2 milyon manatı 2023-cü ilin yanvar-iyun aylarının payına düşüb.
Beləliklə, şirkətin büdcəyə ödəmələrinin ümumi məbləği təxminən 136 milyon manat təşkil edib.