Yuxarı

"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladı

"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladı
Dinlə

272

“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib".

“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır: “Bu qısa müddətdə Cəmiyyətimiz nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirib.

O qeyd edib ki, sevindirici haldır ki, bu göstəriciyə məhz “AzerGold” QSC-nin hesabına nail olunub: “İxrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilib. Beləliklə Cəmiyyətimiz ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb”.

Z. İbrahimov qeyd edib ki, ümumilikdə, “AzerGold” 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manata yaxın həcmdə vəsait cəlb edib: “Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi