Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransanın paytaxı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb.
Sənaye
23 Oktyabr , 2018 10:36
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransanın paytaxı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Avropanın ən irimiqyaslı ərzaq sərgilərindən olan “Sial Paris”də İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, “Sial Paris” beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, xüsusi zövqlə dizayn edilmiş ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirəcək, ixrac imkanlarına dair müzakirələr aparacaqlar.

“Sial Paris” beynəlxalq ərzaq sərgisi 25 oktyabr tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi