Azərbaycandan Hindistana metanol tədarükünə başlanılıb
- 23 dekabr, 2021
- 13:30
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 60,17 milyon ABŞ dolları dəyərində 264 min 304,95 ton metanol (metil spirti) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42,2 % çoxdur, kəmiyyət olaraq – 34,42 % azdır. İkiillik aradan sonra Sloveniyaya ixrac bərpa olunub. Britaniya və Hindistana isə ilk dəfə metanol tədarükünə start verilib.
2021-ci ilin yanvar-oktyabr aylarında metanol ixrac etdiyimiz ölkələr:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Türkiyə | 114155,3 | -34,31 % | 25650,56 | 43,11 % |
| Niderland | 52763,4 | 41,85 % | 12507,75 | 3,1 dəfə |
| İsrail | 22364,6 | 21,1 % | 4838,62 | 2,5 dəfə |
| İtaliya | 18248,6 | -74,5 % | 3892,43 | -46,52 % |
| Sloveniya | 18469 | - | 3693,8 | - |
| Rumıniya | 24038,15 | -45,56 % | 5757,37 | 20,37 % |
| Britaniya | 8111,85 | - | 2109,08 | - |
| Hindistan | 6154,05 | - | 1723,13 | - |
Hesabat dövründə ölkəmizə 10,6 min ABŞ dolları dəyərində 1,71 ton metanol idxal olunub. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə tədarük müvafiq olaraq 94,28 % və 99,26 % azalıb. Azərbaycan bu məhsulu Almaniya, Fransa, Norveç və Türkiyədən idxal edib.