Yuxarı

Azərbaycanda yaradılacaq Azad Ticarət Zonası ilə bağlı məsləhətçi şirkətlə müqavilə imzalanacaq

Məsləhətçi qismində Economic Zones World şirkəti cəlb olunur

Bakı. 16 avqust. REPORT.AZ/ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonasının (ATZ) yaradılması layihəsində məsləhətçi qismində "Economic Zones World" şirkəti cəlb ediləcək. 

"Report" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Taleh Ziyadov deyib.

T. Ziyadovun sözlərinə görə, bu həftə mərkəzi Dubayda yerləşən həmin şirkətlə müvafiq müqavilə imzalanacaq: "Müqavilə şirkətlə altı ay ərzində aparılan danışıqların nəticəsində bağlanacaq və indi müqavilənin maliyyə tərəfi Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib".

Qurum rəhbəri bildirib ki, ATZ ilə bağlı xüsusi hüquqi rejim qəbul edildikdən sonra digər qanunvericilik aktları ona uyğunlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi