Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı artıb Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5% artaraq 325,5 milyon manat təşkil edib.
Sənaye
20 İyun , 2019 12:19
Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5% artaraq 325,5 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin beş ayında ölkədə 1 332,1 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,1% çoxdur.

Bu ilin yanvar-may aylarında ölkədə 113,6 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,8 dəfə çoxdur. Bu ilin yanvar-may aylarında tikinti kərpicinin istehsalı 62,5% artaraq 168,7 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 84,2% azalaraq 2,4 min ton olub. Yanvar-may aylarında tikinti əhənginin istehsalı 38,2% artaraq 16,4 min ton təşkil edib.

Yanvar-may ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53,3 min ton olaraq, ötən ilin yanvar-may ayları ilə müqayisədə 23,6% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 53% azalaraq 17,1 min kubmetr təşkil edib.

Ötən beş ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,4% artaraq 12 820,4 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 24,4% artaraq 636,4 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi