Yuxarı

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% azalıb

Ay ərzində metallurgiya, kimya sənayesi, neft və qida məhsullarının istehsalında qiymətlər enib, tikinti materiallarının istehsalında isə artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2%, emal sənayesi üzrə 1,4% azalıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, su təchizatı tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.

Ümumilikdə, hesabat ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1% azalıb.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft hasilatı üzrə 8,2% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 2,3% bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 6,8%, kimya sənayesi üzrə 5,8%, neft məhsullarının istehsalı üzrə 1,9%, kağız və karton istehsalı üzrə 0,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə 0,1% ucuzlaşıb, tikinti materiallarının istehsalı üzrə 2,2%, içki istehsalı üzrə 1,2% artıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi