Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Azərbaycanda sənaye istehsalı cüzi azalıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 64,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % az sənaye məhsulu istehsal edilib.
Sənaye
17 Oktyabr , 2022 11:20
Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 64,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % az sənaye məhsulu istehsal edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,2 % artıb.

Sənaye məhsulunun 75,8 %-i mədənçıxarma sektorunda, 20,4 %-i emal sektorunda, 3,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 9,8 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 93,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,1 %, maşın və avadanlıqların istehsalı 49,4 %, geyim istehsalı 44,7 %, elektrik avadanlıqlarının istehsalı 43 %, mebel istehsalı 42,8 %, əczaçılıq məhsullarının istehsalı 38,1 %, hazır metal məmulatlarının istehsalı 34,3 %, kompüter, electron və optik məhsulların istehsalı 23 %, poliqrafiya məhsullarının istehsalı 21,7 %, tikinti materiallarının istehsalı 17 %, kağız və karton istehsalı 16,4 %, ağacın emalı və ağacdan məmulat istehsalı 10,3 %, qida məhsullarının istehsalı 9,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 7,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5 %, kimya sənayesi məhsullarının istehsalı 5,5 %, tütün məmulatlarının istehsalı 0,1 % artmış, içkilərin istehsalı 5,2 %, neft məhsullarının istehsalı 9,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 31,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın dəyəri 3,8 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,5 % artıb.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu il oktyabrın 1-nə 1 milyard 004,6 milyon manatlıq hazır məhsul olub.

Son xəbərlər

Orphus sistemi