Yuxarı

Azərbaycanda sənaye istehsalı 3% azalıb

Qeyri-neft sektorunda məhsul istehsalı 0,3% artıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2,1 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1% az sənaye məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 62,2%-i mədənçıxarma sektorunda, 28,8%-i emal sektorunda, 8,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 3,5%, o cümlədən əmtəəlik qaz hasilatı 10,5%, neft hasilatı isə 3,9% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,1%, tütün məmulatlarının istehsalı 38,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,8 %, poliqrafiya məhsullarının istehsalı 0,4%, metallurgiya məhsullarının istehsalı 6,9%, hazır metal məhsullarının istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,0%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə, mebel istehsalı 68,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,2 dəfə artıb, kimya sənayesi məhsullarının istehsalı 21,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,6%, tikinti materiallarının istehsalı 53,6%, geyim istehsalı 41,3%, içkilərin istehsalı isə 11,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3% artıb, neft sektorunda isə 3,5% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi