Azərbaycanda sement istehsalı 4 % artıb

Sənaye
  • 18 noyabr, 2022
  • 06:26
Azərbaycanda sement istehsalı 4 % artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2 milyon 987,7 min ton sement istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4 % çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları sahәsindә istehsalın ümumi dәyәri 905,4 milyon manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.

Bu ilin 10 ayında ölkədə 143,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 6 % azdır. Bu ilin 10 ayında tikinti kərpicinin istehsalı 9,3 % azalaraq 496,9 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 27,7 % artaraq 34,6 min ton olub. Yanvar-oktyabr aylarında tikinti əhənginin istehsalı 27,8 % artaraq 36,3 min ton təşkil edib.

Yanvar-oktyabr aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 81,2 min ton olaraq, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 24,5 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 37,4 % azalaraq 40,8 min kubmetr təşkil edib.

Ötən 10 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 14 % azalaraq 29 125,5 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 25,3 % artaraq 2 762,6 min ton təşkil edib.