Azərbaycanda qızıl və gümüş hasilatçısının ixrac gəlirləri azaldı

Azərbaycanda qızıl və gümüş hasilatçısının ixrac gəlirləri azaldı Bu ilin yanvar-oktyabr aylarında “Azerbaijan İnternational Mining  Company Ltd.” şirkəti 85,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Sənaye
2 Dekabr , 2020 14:11
Azərbaycanda qızıl və gümüş hasilatçısının ixrac gəlirləri azaldı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti 85,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 mln ABŞ dolları və yaxud 0,7 % azdır.

Qeyd edək ki, “Azerbaijan International Mining Company Ltd.” şirkəti “Anglo-Asian Mining Plc." şirkətinin törəməsidir.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti 86,3 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.

“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

Son xəbərlər

Orphus sistemi