Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 2 % artıb

Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 2 % artıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,3 % az sənaye məhsulu istehsal edilib.
Sənaye
14 Fevral , 2023 13:19
Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 2 % artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,3 % az sənaye məhsulu istehsal edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft-qaz sektorunda məhsul istehsalı 4,9 % azalıb, qeyri-neft-qaz sektorunda isə 2 % artıb.

Sənaye məhsulunun 74,1 %-i mədənçıxarma sektorunda, 20,5 %-i emal sektorunda, 4,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 %, əmtəəlik qaz hasilatı isə 1,3 % azalıb.

Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3 %, poliqrafiya məhsullarının istehsalı 75,6 %, kağız və karton istehsalı 44,9 %, kompüter, elektron və optik məhsulların istehsalı 44,6 %, elektrik avadanlıqlarının istehsalı 30,9 %, geyim istehsalı 25,4 %, içkilərin istehsalı 24,1 %, tikinti materiallarının istehsalı 20,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9 % artıb, qida məhsullarının istehsalı 0,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6 %, tütün məmulatlarının istehsalı 4,2 %, neft məhsullarının istehsalı 9 %, kimya sənayesi məhsullarının istehsalı 18,1 %, mebel istehsalı 18,6 %, sair nəqliyyat vasitələrinin istehsalı 23,5 %, hazır metal məmulatlarının istehsalı 24,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7 %, əczaçılıq məhsullarının istehsalı 45,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4 % artıb.

Son xəbərlər

Orphus sistemi