Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb

Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda 5,7 min ton propilen istehsal olunub.
Sənaye
4053
19 Fevral , 2018 14:12
Azərbaycanda propilen, polietilen və etilen istehsalı artıb
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda 5,7 min ton propilen istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 4,5 min tonunu əmtəəlik məhsul təşkil edib.

Bu ilin yanvar ayında propilen istehsalının həcmi illik müqayisədə 10,9%, əmtəəlik məhsulun həcmi isə 22,1% artıb.

Ötən ay polietilen istehsalı isə 0,6% artaraq 10,4 min ton olub.

Yanvarda etilen istehsalının həcmi 10,7 min ton təşkil edib. Bu məhsulun istehsalında isə illik 10,9% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi