Azərbaycanda növbəti dəfə Sənaye 4.0 Hakatonu keçiriləcək

Sənaye
  • 13 noyabr, 2026
  • 11:07
Azərbaycanda növbəti dəfə Sənaye 4.0 Hakatonu keçiriləcək

Gələn ayın ilk həftəsində İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə Sənaye 4.0 Hakatonu keçiriləcək.

"Report" xəbər verir ki, bunu 4SİM-in İcraçı direktorunun müavini Soltan Bayramov Bakıda keçirilən "Sənayenin texnoloji və yaşıl Transformasiyası" adlı tədbirdə bildirib.

"Hakatonda məhz Azərbaycan kontekstində sənayenin çağırışlarına uyğun olaraq, süni intellekt agentlərinin köməyi ilə yerli startapların müxtəlif prototiplər hazırlamasına şahidlik edəcəyik. Əgər ənənəvi hakatonlarda daha çox komanda işinə, komanda iştirakına və komanda formalaşdırılmasına önəm verilirsə, bu dəfə formatı fərdi iştirak prinsipi əsasında qurmuşuq. Belə ki, fərdi iştirakçıların komandası rolunda süni intellekt agentləri çıxış edəcək. İştirakçı startaplar həmin agentlərdən istifadə etməklə sənayenin mövcud çağırışlarına uyğun həllər hazırlayacaqlar", - deyə o qeyd edib.