Yuxarı

Azərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıb

Azərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

Dövr ərzində 899 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,3% azdır.

Bu ilin 10 ayında ölkədə 1 880 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Bu ilin noyabrın 1-nə ölkədə 367 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 60,8%, fəvvarə armaturunun istehsalı 31,9%, mancanaq dəzgahlarının istehsalı 19,7% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi