Azərbaycanda metanol istehsalı 7,2 dəfə artıb

Azərbaycanda metanol istehsalı 7,2 dəfə artıb Bu ilin yanvar-may aylarındə Azərbaycanda 145,1 min ton metanol (metil spirti) istehsal edilib.
Sənaye
20 İyun , 2019 13:53
Azərbaycanda metanol istehsalı 7,2 dəfə artıb

Bu ilin yanvar-may aylarındə Azərbaycanda 145,1 min ton metanol (metil spirti) istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbər görə, bu həcm ötən ilin müvafiq dövründən 7,2 dəfə çoxdur. İyunun 1-i tarixinə ölkədə 27,5 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi