Azərbaycanda metanol istehsalı 46% artıb

Azərbaycanda metanol istehsalı 46% artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 203,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
Sənaye
15 İyun , 2020 11:46
Azərbaycanda metanol istehsalı 46% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 203,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin beş ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 45,7% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi