Azərbaycanda içki istehsalı cüzi azalıb

Sənaye
  • 19 aprel, 2022
  • 07:33
Azərbaycanda içki istehsalı cüzi azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 milyon 561,2 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % azdır.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda araq istehsalı 262,5 min dekalitr (1 il əvvələ nisbətən 35,9 % az), viski-konyak istehsalı 6 min dekalitr (25 % çox), üzüm şərabı istehsalı 157,6 min dekalitr (89,2 % çox), pivə istehsalı 706,6 min dekalitr (28,5 % az), spirtsiz içki istehsalı isə 5 milyon 428,5 min dekalitr (5,3 % çox) təşkil edib.

Bu il aprelin 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 413,6 min dekalitr, spirtsiz içki ehtiyatı isə 316,5 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 6,7 % və 2 dəfə azdır.