Azərbaycanda içki istehsalı 9 % artıb

Azərbaycanda içki istehsalı 9 % artıb Yanvar-iyul aylarında Azərbaycanda 23 milyon 065,6 min dekalitr içki məhsulu istehsal edilib
Sənaye
19 Avqust , 2021 13:08
Azərbaycanda içki istehsalı 9 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 23 milyon 065,6 min dekalitr içki məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda araq istehsalı 852,1 min dekalitr (1 il əvvələ nisbətən 17 % az), konyak istehsalı 12 min dekalitr (11,1 % az), üzüm şərabı istehsalı 429,6 min dekalitr (3,3 dəfə çox), pivə istehsalı 3 milyon 268,1 min dekalitr (1,9 % az), spirtsiz içki istehsalı isə 18 milyon 503,8 min dekalitr (13,3 % çox) təşkil edib.

Bu il avqustun 1-nə ölkədə spirtli içki ehtiyatı 1,576 milyon dekalitr, spirtsiz içki ehtiyyatı isə 1 milyon 166,7 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 4,7 % və 27,2 % çoxdur.

Son xəbərlər

Orphus sistemi