Azərbaycanda içki istehsalı 8 %-dən çox artıb
- 15 mart, 2022
- 06:32
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyon 109,1 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda araq istehsalı 174,5 min dekalitr (1 il əvvələ nisbətən 29,6 % az), viski-konyak istehsalı 3,1 min dekalitr (29,2 % az), üzüm şərabı istehsalı 125,2 min dekalitr (3,1 dəfə çox), pivə istehsalı 430,4 min dekalitr (28,7 % az), spirtsiz içki istehsalı isə 3 milyon 375,9 min dekalitr (16,8 % çox) təşkil edib.
Bu il martıın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 487,5 min dekalitr, spirtsiz içki ehtiyatı isə 342,4 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 3,9 % və 45,3 % azdır.