Azərbaycanda içki istehsalı 5 %-dən çox artıb

Sənaye
  • 19 may, 2022
  • 08:58
Azərbaycanda içki istehsalı 5 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 10 milyon 65 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 360,7 min dekalitr (1 il əvvələ nisbətən 33,5% az), viski-konyak istehsalı 8 min dekalitr (37,9% çox), üzüm şərabı istehsalı 214,3 min dekalitr (51,8% çox), pivə istehsalı 1 083,6 min dekalitr (23,7% az), spirtsiz içki istehsalı isə 8 milyon 398,1 min dekalitr (12,7% çox) təşkil edib.

Bu il mayın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 474,2 min dekalitr, spirtsiz içki ehtiyatı isə 468,6 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 12,7 % və 40,5% azdır.