Azərbaycanda daha iki sənaye müəssisəsi fəaliyyətə başlaya bilər

Azərbaycanda daha iki sənaye müəssisəsi fəaliyyətə başlaya bilər İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Avropanın aparıcı taxta emalı və hazır məhsul, o cümlədən metallurgiya istehsalı müəssisəsinin yaradılması ilə bağlı layihələri nəzərdən keçirir.
Sənaye
24 Oktyabr , 2023 14:57
Azərbaycanda daha iki sənaye müəssisəsi fəaliyyətə başlaya bilər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Avropanın aparıcı taxta emalı və hazır məhsul, o cümlədən metallurgiya istehsalı müəssisəsinin yaradılması ilə bağlı layihələri nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

"Yaxın vaxtlarda sənaye parklarında bir neçə şirkətə rezidentlik statusu veriləcək. Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, onun məhsulunun əsas hissəsi ixrac olunacaq. Layihələr təsdiqlənsə onlar ya Sumqayıt Kimya Sənaye Parkında, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcək", - deyə o qeyd edib.

Bundan başqa, E.Nuriyev deyib ki, Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşasının tezliklə yekunlaşdırılması, gələn il onların fəaliyyətə başlaması gözlənilir: "Bunlar əsasən tikinti materialları, ayaqqabı, divar kağızı istehsal edəcək müəssisələrdir. Onların tezliklə açılışı gözlənilir. Eyni zamanda Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır".

Son xəbərlər

Orphus sistemi