Azərbaycanda avtomobil və traktor istehsalı azalıb

Sənaye
  • 17 oktyabr, 2022
  • 09:12
Azərbaycanda avtomobil və traktor istehsalı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 377,9 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 93,7 %, maşın və avadanlıqların istehsalı isə 49,4 % artıb.

2022-ci ilin yanvar-sentyabr aylarında 1 510 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 42 ədəd və yaxud 2,3 % az minik avtomobili istehsal olunub. Bu il oktyabrın 1-nə ölkədə 164 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 489 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 % azdır. Nəticədə, bu il oktyabrın 1-nə ölkədə 22 ədəd hazır məhsul ehtiyatı yaranıb.