Azərbaycanda avtomobil istehsalı 31 % artıb

Sənaye
  • 12 oktyabr, 2023
  • 08:23
Azərbaycanda avtomobil istehsalı 31 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 496,4 milyon manatlıq maşın, avadanlıq, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 21,1 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,2 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 21,1 % azalıb.

Hesabat dövründə ölkədə 2 110 ədəd və yaxud 1 il əvvələ nisbətən 39,7 % çox minik avtomobili istehsal olunub. Bu il oktyabrın 1-nə 497 ədəd hazır məhsul ehtiyatı yaranıb.

9 ay ərzində Azərbaycanda 541 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur. Bu il oktyabrın 1-nə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, yanvar-sentyabrda ölkədə 285 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 13,5 % çoxdur. Bu il oktyabrın 1-nə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Bütün Xəbər Lenti