Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına 3 mlrd. manata yaxın pul qoyulacaq

Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına 3 mlrd. manata yaxın pul qoyulacaq Bunun hesabına 1,56 mlrd. manatlıq ÜDM-in istehsal ediləcəyi, 7 700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır
Sənaye
20 Dekabr , 2016 13:33
Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına 3 mlrd. manata yaxın pul qoyulacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanda 2020-ci ilə qədər ağır sənaye və maşınqayırma sahəsində 1,56 mlrd. manat dəyərində ümumi daxili məhsulun (ÜDM) istehsal ediləcəyi, 7 700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənədə əsasən, bunun üçün 2,9 mlrd. manat investisiya qoyuluşu tələb edilir.

Strateji Yol Xəritəsində adıçəkilən sahənin inkişafı üçün 6 prioritet istiqamət müəyyən edilib. Bu, məhsuldarlığın və səmərəliliyin artırılması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması, regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübənin ötürülməsidir.

Bunlardan ən vacibi və bu sahədə proqnozlaşdırılan ÜDM-in təxminən 64%-ni və yaxud 1 mlrd. manatlıq hissəsini təmin edəcək dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsidir. Bu istiqamətə bütün investisiyaların təxminən 69%-i və yaxud 2 mlrd. manatlıq hissəsi yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi