Azərbaycan traktor istehsalını 2,2 dəfə artırıb
- 18 yanvar, 2022
- 12:22
2021-ci il ərzində Azərbaycanda 430,7 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2020-ci ilin göstəriciləri ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 % artıb, maşın və avadanlıqların istehsalı 9,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 92,6 % azalıb.
2021-ci il ərzində 2 043 ədəd və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 93 ədəd və yaxud 4,8 % çox minik avtomobili istehsal olunub. Bu il yanvarın 1-nə ölkədə 340 ədəd hazır məhsul ehtiyatı yaranıb.
2021-ci il ərzində Azərbaycanda 651 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci il ilə müqayisədə 2,2 dəfə çoxdur. Nəticədə, bu il yanvarın 1-nə ölkədə 53 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, Azərbaycanda minik avtomobilləri Neftçala sənaye məhəlləsində və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.