"Azərbaycan Sənaye Korporasiyası"nın şirkəti nizamnamə kapitalını artırıb
- 22 fevral, 2022
- 07:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Aqro” MMC nizamnamə kapitalını 45 min 67 manat və yaxud 7% artırıb.
"Report" xəbər verir ki, şirkət kapitalını 645 min 6 manatdan 690 min 73 manata çatdırıb.
“ASK Aqro” Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərir. Şirkətə məxsus heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Kompleksə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6 000 ton tutumu olan anbar mövcuddur.