“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə Korporasiyanın videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, iclasda Baş direktor Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin məruzələri dinlənilib, şirkətin başa çatan 2021-ci ilin yekunları üzrə kənar audit hesabatı təsdiq edilib, alüminium sənayesinin gələcək inkişaf perspektivləri, həmçinin Daşkəsən rayonu ərazisində yerləşən “Zəylik Alunit Mədəni”də alunit filizi ehtiyatlarının geoloji qiymətləndirilməsi və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.