Azərbaycan Rusiyadan 14 min ədəd vaqon alacaq
- 29 aprel, 2015
- 19:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Rusiyadan 14 min ədəd vaqon almağı planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktor müavini Aleksey Jariç məlumat verib.
Baş müəssisənin bir neçə min əməkdaşının məcburi məzuniyyətə göndərildiyini bildirən direktor müavini, hazırda zavodun fəal müştəri axtarışında olduğunu deyib:
"Bu gün korporasiya müəssisənin işini artırmaq üçün fəal axtarışdadır, eləcə də, xarici müqavilələr bağlanır. Xüsusilə də, Azərbaycanla 14 min vaqonunun tikintisi barədə müqavilə imzalanıb. Təqribən 3 min vaqon bu il üçün nəzərdə tutulub ki, bu da bizə əməkdaşlarımızın bir hissəsini geri qaytarmaq imkanı verib", - deyə o qeyd edib.