Yuxarı

​Azərbaycan Rusiyadan 10 min ton sement idxal edib

İdxal 2015-ci ilin yanvar ayında həyata keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar ayı ərzində Rusiyadan 9 min 738 ton sement idxal edib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan bu göstəriciyə görə Rusiyanın ən çox sement ixrac etdiyi ölkələr sırasında üçüncüdür.

Siyahıda birinci yeri Qazaxıstan (51 789/ 71,2%), ikinci yeri isə Belarus (10 183/14,0%) tutub.

Yanvar ayında Rusiyanın ümumi sement ixracının 13,4%-i Azərbaycanın payına düşüb.

Rusiya yanvar ayı ərzində ümumilikdə 177 min 127 ton sement ixrac edib. Bu, rekord göstəricidir və ötən ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi