Azərbaycan qonşu ölkələrə yük avtomobilləri ixrac edəcək

Azərbaycan qonşu ölkələrə yük avtomobilləri ixrac edəcək Azərbaycanda istehsal olunacaq "Iveco" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək.
Sənaye
16 Avqust , 2024 11:18
Azərbaycan qonşu ölkələrə yük avtomobilləri ixrac edəcək

Azərbaycanda istehsal olunacaq "Iveco" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-Import" MMC-nin təsisçisi Samir İbadullayev bildirib.

Onun sözlərinə görə, il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsal ediləcəyi müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir:

"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, bunun 6 milyon manatdan çoxu artıq xərclənib", - deyə iş adamı qeyd edib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli isə xatırladıb ki, indiyə qədər ölkədəki sənaye zonalarında ümumi investisiya dəyəri 7,8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib: "Onlar 6,8 milyard manatdan çox investisiya yatırıb, 10 500-dən çox daimi iş yeri yaradıb, 13,5 milyard manatlıq məhsul satıb ki, bunun da 4,35 milyard manatlıq hissəsi ixrac edilib. O cümlədən, bu ilin I yarısında satışın dəyəri 1,4 milyard manat, onun ixrac edilmiş hissəsinin dəyəri isə 476,6 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1 %, ixracında isə 26,9 % təşkil edib".

Son xəbərlər

Orphus sistemi