Azərbaycan propilen istehsalını 2026-cı ilədək 21 %-dək azaldacaq
- 05 noyabr, 2021
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda 116,4 min ton propilenin istehsal edilməsi nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, 2023-cü ildə 104,7 min ton propilen istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 11,7 min ton və ya 10,05 % azdır.
2024-cü ildə isə 91,8 min ton polipropilen istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 12,9 min ton və ya 12,3 % azdır.
2025-ci ildə də 92 min ton propilen istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,2 min ton və ya 0,22 % çoxdur. 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 24,4 min ton və ya 21 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 93,5 min ton həcmində propilen istehsal edilib. Son bir ildə propilen istehsalı 21,3 %, əmtəəlik propilen istehsalı 20 % artıb.