Azərbaycan metanol istehsalını 60 %-dək azaldıb

Azərbaycan metanol istehsalını 60 %-dək azaldıb Bu ilin iyulun 1-nə 34,7 min ton hazır məhsul istehsalı yaranıb
Sənaye
15 İyul , 2021 12:28
Azərbaycan metanol istehsalını 60 %-dək azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 98,4 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2020-ci ilin ilk yarım ilinin göstəriciləri ilə müqayisədə 59,6 % azdır.

Bu ilin iyulun 1-nə 34,7 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi