Azərbaycan metanol istehsalını 26% artırıb

Azərbaycan metanol istehsalını 26% artırıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda285,8min ton həcmində metanol (metil spirti) istehsal olunub.
Sənaye
15 Avqust , 2020 15:26
 Azərbaycan metanol istehsalını 26% artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 285,8 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin yeddi ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 26% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi