Azərbaycan mebel ixracını azaldıb, idxalını isə artırıb
- 18 fevral, 2023
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 309,16 min ABŞ dolları dəyərində mebel (yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; lampalar və işıqlandırıcı avadanlıqlar; işıq tablo və lövhələri, analoji məmulatlar; yığma tikinti konstruksiyaları) ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azdır.
Hesabat dövründə mebel ixracının ümumi ixracda payı 0,02 % təşkil edib.
Ötən ay ölkənin mebel idxalı isə 16 milyon 862,61 min ABŞ dolları dəyərində olub ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 18,66 % çoxdur. Mebel idxalının ölkənin ümumi idxalında payı isə 1,19 % olub.