Azərbaycan İnvestisiya Şirkəti səməni arpasının emalına yatırım imkanlarını araşdırır

Azərbaycan İnvestisiya Şirkəti səməni arpasının emalına yatırım imkanlarını araşdırır İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Sənaye
15 Fevral , 2023 16:02
Azərbaycan İnvestisiya Şirkəti səməni arpasının emalına yatırım imkanlarını araşdırır

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.

Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində olan 5 layihəyə 10 milyon manat sərmayə yatırıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiya yatırılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi