Azərbaycan daha bir Avropa ölkəsinə metanol tədarük etməyə başlayıb

Sənaye
  • 13 dekabr, 2021
  • 10:22
Azərbaycan daha bir Avropa ölkəsinə metanol tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 48,646 milyon ABŞ dolları dəyərində 223 min 727,3 ton metanol (metil spirti) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,3 % çoxdur, kəmiyyət olaraq – 36,1 % azdır.

Hesabat dövründə Türkiyəyə 21,466 milyon ABŞ dolları dəyərində 99 min 799,35 ton, Niderlanda 9,072 milyon ABŞ dolları dəyərində 40 min 493,35 ton, İsrailə 4,839 milyon ABŞ dolları dəyərində 22 min 364,6 ton, İtaliyaya 3,892 milyon ABŞ dolları dəyərində 18 min 248,6 ton, Sloveniyaya 3,693 milyon ABŞ dolları dəyərində 18 min 469 ton, Rumıniyaya 3,574 milyon ABŞ dolları dəyərində 16 min 240,55 ton və Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığına 2,109 milyon ABŞ dolları dəyərində 8 min 111,85 ton məhsul ixrac edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Türkiyəyə metanol tədarükü müvafiq olaraq 33,41 % artıb və 37,5 % azalıb, Niderlanda – 3,7 dəfə və 62,8 %, İsrailə - 3 dəfə və 36,4 % artıb, İtaliyaya - 46,52 % və 74,5 %, Rumıniyaya – 10,35 % və 57,3 % azalıb. İkiillik aradan sonra Sloveniyaya ixrac bərpa olunub. Ən azı son on ildə isə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Britaniyaya ümumiyyətlə metanol tədarükü olmayıb.

2021-ci ilin ilk 9 ayından ölkəmizə 9,01 min ABŞ dolları dəyərində cəmi 0,88 ton metanol gətirilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 95,14 % və 99,62 % azdır. Azərbaycan bu məhsulu Türkiyə, Almaniya və Fransadan idxal edib.

44 - Tezliklə