Azərbaycan 3 ölkədən polietilen tədarükünü bərpa edib

Sənaye
  • 27 yanvar, 2022
  • 07:49
Azərbaycan 3 ölkədən polietilen tədarükünü bərpa edib

2021-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 31,439 milyon ABŞ dolları dəyərində 24 min 243,04 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 4,94 % artıb, kəmiyyət olaraq – 20,96 % azalıb.

Hesabat dövründə İrandan 22,527 milyon ABŞ dolları dəyərində 18 min 125,97 ton, Səudiyyə Ərəbistanından 4,207 milyon ABŞ dolları dəyərində 3 min 771,15 ton, Amerika Birləşmiş Ştatlarından 1,362 milyon ABŞ dolları dəyərində 712,25 ton, Koreyadan 1,026 milyon ABŞ dolları dəyərində 497,32 ton, Türkiyədən 607,52 min ABŞ dolları dəyərində 300,44 ton məhsul gətirilib.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 10,43 % artıb və 20,15 % azalıb, Səudiyyə Ərəbistanından – 49,87 % və 35,96 % artıb, Amerika Birləşmiş Ştatlarından – 67,41 % və 1,91 % artıb, Koreyadan – 4,1 % artıb və 15 % azalıb, Türkiyədən – 47,78 % və 68,1 % azalıb.

Bir il 3 aylıq fasilənin ardından Avstriyadan, 2 il 3 aylıq aradan sonra Omandan və 2 il 5 ayın tamamında isə Almaniyadan tədarük bərpa edilib.

Azərbaycan hesabat dövründə Avstriyadan 95,04 min ABŞ dolları dəyərində 49,05 ton, Omandan 27,74 min ABŞ dolları dəyərində 13,75 ton, Almaniyadan 0,8 min ABŞ dolları dəyərində 0,04 ton polietilen alıb.