“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC-nin nizamnamə kapitalı 297 min 238 manat və yaxud 0,1 % artırılıb.
"Report" xəbər verir ki, şirkətin kapitalı 282 milyon 243 min 699 manatdan 282 milyon 540 min 937 manata çatdırılıb.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb. Şirkət gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. Onun əsas istehsalat sahəsi - “Gəncə Alüminium Kompleksi”dir.
Bundan başqa, ASK-ya məxsus "ASK Şəki SES" MMC-nin nizamnamə kapitalı 63 420 manat və yaxud 10,5 % artırılaraq 640 min 100 manatdan 667 min 520 manata çatdırılıb.
Xatırladaq ki, “ASK Şəki SES” 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.