“Azəralüminium” ixrac gəlirlərini 56 % artırıb

“Azəralüminium” ixrac gəlirlərini 56 % artırıb Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 12,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
1 Mart , 2021 14:56
“Azəralüminium” ixrac gəlirlərini 56 % artırıb

Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi - “Azəralüminium” MMC 12,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon ABŞ dolları və yaxud 56,4 % çoxdur.

Xatırladaq ki, “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 52 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. “Azəralüminium”un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.

Son xəbərlər

Orphus sistemi