Rusiyanın “AvtoVaz” şirkəti bu gün Tolyatti şəhərindəki zavodunda avtomobil istehsalını tamamilə dayandırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi elektron hissələrin çatışmazlığı göstərilir.
Bu zavodda “Lada Granta”, “Lada Xray”, Lada Largus”, “Lada Niva”, həmçinin “Renault Logan” modelləri istehsal edilir.
Xatırladaq ki, çip çatışmamazlığına görə “AvtoVaz” son üç ayda istehsalı dəfələrlə dayandırmaq məcburiyyətində qalıb.