“ArcelorMittal”ın Avropadakı zavodlarından biri bağlanmaq həddindədir

“ArcelorMittal”ın Avropadakı zavodlarından biri bağlanmaq həddindədir Bosniyanın polad istehsalçıları, “ArcelorMittal”ın yerli zavodu da daxil olmaqla Bosniya-Hertsoqovina hakimiyyətini elektrik enerji qiymətlərinin artımına müdaxilə etməyəcəyi təqdirdə işçiləri ixtisar edə və bəzi müəssisələri bağlaya biləcəklərinə dair xə
Sənaye
6 Noyabr , 2021 17:10
“ArcelorMittal”ın Avropadakı zavodlarından biri bağlanmaq həddindədir

Bosniyanın polad istehsalçıları, “ArcelorMittal”ın yerli zavodu da daxil olmaqla Bosniya-Hertsoqovina hakimiyyətini elektrik enerji qiymətlərinin artımına müdaxilə etməyəcəyi təqdirdə işçiləri ixtisar edə və bəzi müəssisələri bağlaya biləcəklərinə dair xəbərdarlıq ediblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “ArcelorMittal”ın Zenitsada yerləşən zavodunun baş meneceri elektrik enerjisi qiymətlərinin 125 %, kokslaşdırılmış kömür qiymətlərinin 400 % artmasının polad istehsalını qeyri-rentabelli etdiyini deyib.

Onun sözlərinə görə, bu qədər yüksək xərclər fonunda müəssisə fəaliyyət göstərməyə cəhd etmək yerinə istehsalı dayandırsaydı və işçiləri ixtisar etsəydi itkilər daha az olardı. O, qonşu Serbiyada elektrik enerji qiymətlərinin artırılmadığını da qeyd edib.

Zenitsadakı zavodda 2 300 işçi çalışır. Daha 10 min iş yeri birbaşa və yaxud dolayısı ilə həmin müəssisə ilə bağlıdır.

“ArcelorMittal” dünyanın ən iri polad istehsalçısıdır. Onun 18 ölkədə istehsal aktivləri mövcuddur. Avropadakı zavodlar ildə 40 milyon ton polad istehsal edir. Onlardan 10 milyon tonu tikinti sektoruna gedir.

Son xəbərlər

Orphus sistemi