Yuxarı

ADB Azərbaycana Strateji Yol Xəritələrinin icrasında yardım edəcək

ADB Azərbaycana Strateji Yol Xəritələrinin icrasında yardım edəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yerinə yetirilməsi və tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi üçün beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsinə dair Asiya İnkişaf Bankının (ADB) nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. 

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Məlumata görə, ADB-nin nümayəndələri strateji yol xəritələrində nəzərdə tutulmuş və texniki dəstəyin göstərilməsi mümkün olan istiqamətlər barədə məlumat velib və təklif edilən texniki dəstəyin göstərilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələr aparıb. Görüşdə ADB tərəfindən texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmaların aparılması və bankın daxili prosedur qaydaları əsasında dəstək göstərilməsi təsdiqlənəcək tədbirlər barədə məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi