Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılacaq ​​​​​​​İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 3-də yerin təkinin istifadəyə veril
Sənaye
29 İyun , 2022 10:20
Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 3-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

“Report”un Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən verdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Xızı rayonu “Şurabad” qum, 5 lot üzrə Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı, 5 lot üzrə Qaradağ rayonu “Vulkan” əhəngdaşı, 1 lot üzrə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı, 4 lot üzrə Qaradağ rayonu “Karvansaray” əhəngdaşı, 1 lot üzrə Daşkəsən rayonu “Bulaqlı” mərmərləşmiş əhəngdaşı və 1 lot üzrə Salyan rayonu “Babazənən 1” gil yataqları satışa çıxarılacaq.

Başlanğıc qiyməti 1920 - 45140 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az) Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər.

Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi