Yuxarı

2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq

​2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq

Gələn il Azərbaycanda 500 min ton karbamid istehsalı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.

2021-ci ildə karbamid istehsalının 620 min ton, 2022-ci ildə 640 min ton, 2023-cü ildə 650 min ton olacağı proqnozlaşdırılır.

2019-cu il üzrə proqnoz 200 min ton təşkil edir.

Xatırladaq ki, Azərbaycanda karbamid istehsalı SOCAR-ın Karbamid zavodunda həyata keçirilir. Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara bu il yanvarın 16-da verilib. Zavodun istehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi